
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə keçirilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasının püşkatma mərasimi baş tutub.
Sportnet.az xəbər verir ki, bu barədə AKAF-ın mətbuat xidməti məlumat yayıb.
Püşkatma yerli və xarici hakimlərin, eyni zamanda komandaların nümayəndələrinin iştirakı ilə keçirilib.
Burada “Prezident Kuboku-2025”də mübarizə aparan idmançıların yaş qruplarına və avarçəkmə qayıqlarının növlərinə əsasən müxtəlif kateqoriyalarda yarış proqramı müəyyənləşib.