
“Oyun çox yaxşı keçdi. Ardıcıl dördüncü mövsümdür, qızıl medala sahib çıxırıq".
Bunu "Qarabağ"ın futbolçusu Patrik Andrade səfərdə "Sabah" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXII tur matçından sonra Sportnet.az-a açıqlamasında deyib.
Kabo-verdeli yarımmüdafiəçisi eyni komandaya qarşı Azərbaycan Kubokunun final matçına köklənəcəyini bildirib: "Biz daha yaxşı oynamaq üçün çalışacağıq. Çempion olmaq çox önəmli idi. Ona görə də hamı xoşbəxtdir. İndi finala hazırlaşacağıq. Çox vaxtımız yoxdur".
Qeyd edək ki, final matçı mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.