
Fransalı dağ xizəkçisi Marqo Simon "Alpine Park" turnirinə hazırlıq məqsədilə "Val d İzer" kurortunda məşq zamanı faciəvi şəkildə ölüb.
Sportnet.az yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, 18 yaşlı idmançı bədbəxt hadisənin qurbanı olub.
Onun ölümünün təfərrüatları açıqlanmır. Bu səbəbdən turnir ləğv edilib.
“Təcili yardım həkimi hadisədən dərhal sonra müdaxilə etsə də, onu həyata qaytarmaq mümkün olmayıb”, – deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, Marqo Simon 18 yaşadək qızlar arasında slalom üzrə Fransa çempionu olub. O, gənclər arasndaı dünya çempionatında slalom yarışında 20-ci yeri tutub.