
“Klubla növbəti mövsümün sonuna qədər müqaviləm var".
Bu sözləri “Qarabağ”ın albaniyalı futbolçusu Redon Cica Azərbaycan Premyer Liqasının XXXII turunda səfərdə “Sabah”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra sportnet.az-a açıqlamasında deyib.
27 yaşlı hücumçu “Qarabağ”dakı taleyinə növbəti mövsüm aydınlıq gələcəyini bildirib: "Gələn mövsümdə də burada oynayacağam. Daha sonra komandada qalıb-qalmayacağım bilinəcək".
Cica matçda penaltidən komandasının yeganə qolunu vuraraq, 12 qat Azərbaycan çempionu olduqları üçün özünü xoşbəxt hiss etdiyini bildirib: “Qalib gəldiyimiz üçün sevincliyik, artıq çempion olduq. “Sabah” çox yaxşı oynadı. Hər iki tərəf qalib gəlmək üçün əlindən gələni etdi. Ancaq biz artıq çempionuq.
Penaltini yerinə yetirmək böyük məsuliyyət tələb edir. Bunu bacardığım üçün şadam. Önümüzdəki matçlara yaxşı hazırlaşıb qələbə qazanmağa çalışacağıq”.
Qeyd edək ki, 2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Redon Cica cari mövsüm 15 matça çıxıb və 4 qol vurub. Zaman-zaman Cicanın daha az şans qazandığı üçün mövsümün sonunda Ağdam təmsilçisini tərk edəcəyinə dair bir çox iddialar yayılır.