
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Rusiyanın “Rubin” klubunun qonağı olub.
Tovuz təmsilçisinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Berdıyev Rusiya Premyer Liqasında XXVI turun “Rubin” - “Fakel” oyununda “Ak Bars Arena”da adına verilən sektorun açılışında iştirak edib.
O, rəmzi olaraq oyunda topa ilk toxunuşu yerinə yetirib.
Sabiq baş məşqçiyə “Rubin”in prezidenti Marat Safiullin xatirə hədiyyəsi təqdim edib.
Berdiyev 2001 - 2013 və 2017 - 2019-cu illərdə "Rubin"in baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda iki dəfə Rusiya çempionatının, bir dəfə Rusiya Super Kubokunun və Rusiya Kubokunun qalibi olub.
Qeyd edək ki, Kurban Berdıyev 2024-cü ilin yayından "Turan Tovuz"un sükanı arxasındadır. Tovuz təmsilçisi 32 oyundan 49 xalla 4-cü sıradadır.