
Mingəçevirdə keçirilən akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə beynəlxalq Prezident Kuboku reqatasında Azərbaycan millisi daha iki medal qazanıb.
Sportnet.-xəbər verir ki, 2009/2010 təvəllüdlü kayakçıların 500 metr məsafəyə final yürüşündə Əlimurad Hacızadə gümüş medala sahib olub.
2011/2012 təvəllüdlü kayakçıların eyni məsafəyə yürüşündə isə Mustafa Vəlizadə bürünc medal əldə edib.
Qeyd edək ki, Hacızadə və Vəlizadə ötən gün Suqovuşanda 200 metr məsafəyə yürüşdə bürünc medala yiyələnib. Daha bir bürünc medal 2007/2008-ci il təvəllüdlü kayakçılar arasında yer alan Amil Ramazanova qismət olub. Hazırda Azərbaycanın aktivində 1 gümüş, 4 bürünc medal var.