
“Əlimurad Hacızadədən bu gün qızıl medal gözləyirik”.
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan avarçəkmə millisinin kayak növü üzrə böyük məşqçisi Mirnazim Cavadov Mingəçevirdə keçirilən “Prezident Kuboku-2025” reqatasında jurnalistlərə açıqlamasında deyib.
O, yarışa yaxşı hazırlaşdıqlarını bildirib:
“Bunun nəticəsi olaraq turnirin ilk günü idmançılarımız 3 bürünc medal qazandılar. Bu gün də 1 gümüş və 1 bürünc medalı aktivimizə yazmağı bacardıq. Nəticələrimizin yüksək olacağını əvvəlcədən proqnozlaşdırırdıq. Əlimurad Hacızadədən bu gün qızıl medal gözləyirik. O, 1000 metr məsafəyə olan yarışda rəqiblərini üstələməyə çalışacaq".
Baş məşqçi Avropa və dünya çempionatlarına hazırlaşmaq istədiklərini söyləyib: “Şübhəsiz ki, "Prezident Kuboku-2025"də qazanacağımız nəticələr bizim üçün önəmlidir. Mingəçevirdəki reqatada gücümüzü bir qədər də artırıb, dünya və Avropa çempionatlarına hazırlaşmaq istəyirik".
Qeyd edək ki, Azərbaycan idmançıları yarışın ilk iki günündə 1 gümüş və 4 bürünc medal qazanıblar.