
Azərbaycan avarçəkəni Əlimurad Hacızadə “Prezident Kuboku-2025” reqatasında qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, Hacızadə 2009-2010 təvəllüdlülərdən kayak növündə 1000 metr məsafəyə yarışda bütün rəqiblərini qabaqlayıb.
2009-2010 təvəllüdlü təmsilçilərdən İvan Vorobyanski / Hüseyn Həsənov cütü 200 metr məsafəyə kayak yarışında gümüş, Vacib Babayev / Nuran Rəhimli cütü isə bürünc medal əldə edib.
2011-2012 təvəllüdlülərdən kayak yarışında Əziz Əhmədli / Kamal Tağıyev cütü gümüş, Sənan Cəfərzadə / Tahir Mövsumov isə bürünc medal qazanıb.
2006-2007 təvəllüdlülərin akademik avarçəkmədə Nurlan Paşayev / Cahangir Məmmədli cütü gümüş medal əldə edib.
Qeyd edək ki, Azərbaycan idmançıları yarışın ilk iki günündə 3-ü gümüş və 5-i bürünc olmaqla 8 medal qazanmışdı.