Azərbaycan Triatlon Federasiyası (ATF) İcraiyyə Komitəsinin 2017-ci il uçun son iclası keçirilib.
Sportnet.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki,toplantıda yığma komandanın cari mövsümdə qazandığı nəticələr, gənclərdən ibarət komandanın işində irəliləyiş, respublikada triatlonun inkişafı, habelə gələn il üçün planlar müzakirə edilib.
ATF-in prezidenti Azər Məhərrəmov bu ilin idman nəticələri və qurumun fəaliyyəti baxımından uğurlu olduğunu vurğulayıb. O, yığmanın lideri olan Rostislav Pevtsovun bir neçə parlaq nəticələri əldə etdiyini söyləyib: "Cari il Pevtsov Avropa Kubokunda, həmcinin Afrika və Asia Açıq çempionatlarında qələbə qazanıb. Həmçinin Çin və Koreyada keçirilən Dünya Kuboklarında gümüş medala layiq görülüb. Carı mövsümdə keçirilən Avropa Kuboklarının ümumi hesabında idmançımız 2-ci olub. Kseniya Levkovskaya Açıq Afrika Kubokunda qızıl medalı əldə edib. Darina Moskalenko isə bu il elitada öz qücünü sınayıb”.
Qurumun vitse-prezidenti Rüstəm İbrahimov yeni olimpiya dövrü barədə danışıb. O, deyib ki, gələn ildən idmançılar 2020-ci il Tokyo Yay Olimpiya Oyunlarından iştirak etmək üçün xallar yığmağa başlayacaglar: "Triatlonçularımız iki olimpiya lisenziyası uğrunda mübarizə apara bilərlər”.
ATF-in baş katibi Cavad Axundzadə Azərbaycanda triatlon idmanının inkişafından söhbət açaraq deyib ki, ölkədə bir neçə perspektivli idmançı var: "Onlara ümidimiz çoxdur. Bundan əlavə seleksiya işi aparılır. Əlbəttə, triatlon idmanın spesifik növüdür. Burada qısa müddətdə yüksək nəticələrə nail olmaq mümkün deyil, ona görə də idmanın bu növünün populyarlaşdırılması Azərbaycan tiratlonunun gələcək uğurlarının rəhni ola bilər".