Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İcraiyyə Komitəsi (İK) Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının 2021-ci ildə olacağına əmindir.
Sportnet.az-ın məlumatına görə, bu barədə IOC-un prezidenti Tomas Bax jurnalistlərə açıqlamasında bildirib.
Funksioner öz də olimpiadanın baş tutacağına əmin olduğunu söyləyib.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları bu il 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən olimpiada 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb.