
"Şəki" basketbol klubu daha bir oyunçunun transferini açıqlayıb.
Sportnet.az xəbər verir ki, bölgə təmsilçisi ötən mövsüm Belçika Pro Liqasında çıxış edən "Belfius Mons-Eno" klubunda forma geyinmiş Kris Bartonu transfer edib.
Bu ayın 26-da 28 yaşını tamamlayacaq Barton daha əvvəl Finlandiyanın "Hüvinkaan Ponteva" və Lüksemburqun "Amikal" klublarında legioner həyatı yaşayıb.
Qeyd edək ki, "Şəki" klubunda daha əvvəl baş məşqçi postuna türkiyəli Bedri Meriç gətirilib. Həmçinin, millimizin türkəsilli oyunçusu Ərcan Donat da "Şəki"yə transfer olunub.