
Bu gündən etibarən "Xırdalan" basketbol klubu fəaliyyətini "Abşeron" adı ilə davam etdirəcək.
Sportnet.az xəbər verir ki, yeni mövsümdə komanda Abşeron Olimpiya idman kompleksində məskunlaşmaqla, ev oyunlarını da bu arenada keçirəcək.
Qeyd edək ki, kompleks Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə təmir olunmaqla klubun ixtiyarına verilib. Arenada parket örtüyü, səbətlər və digər texniki qurğular standartlara cavab verən şəkildə yenilənərək ölkə çempionatı oyunlarını qəbul etmək üçün tam hazır vəziyyətə gətirilib.