
Transfer çalışmalarını davam etdirən "Gəncə" ilk legioneri heyətinə cəlb edib.
Sportnet.az xəbər verir ki, bu, ABŞ-dən olan basketbolçu Marqus Gilsondur. 202 sm boya malik Gilson mərkəz oyunçusu mövqeyində çıxış edir.
O, Gəncə klubunda 33 nömrəli forma ilə oynayacaq. 25 yaşlı basketbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.
Gilson son mövsümü Gürcüstanda keçirib. O, "Kutaisi" ilə ölkə çempionu olub.