
“Sabah” komandasının üç basketbolçusu ölkələrinin milli komandalarına dəvət alıb.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən Sportnet.a-a verilən məlumata görə, Artyoms Butyankovs və Klavs Cavars Avropa çempionatının təsnifat oyunçuları üçün Latviya, Andrey Voynaloviç isə Ukrayna yığmasının düşərgəsinə çağırılıb.
Qeyd edək ki, noyabrın 22-25-də keçiriləcək seçmə oyunlarında Latviya seçməsi Belçika, Ukrayna millisi isə İsraillə qarşılaşacaq.