![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739446195_vol.jpg)
Rusiyanın "Lokomotiv" voleybol komandası Yuliya Brovkina ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2018-ci ildən komandada olan 23 yaşlı blokçu ilə yolların ayrılmasının səbəbləri açıqlanmayıb.
Lakin fevralın əvvəlində Brovkinanın “Lokomotiv”də türkiyəli oyunçu Ebrar Karakurtla münaqişəsinin yarandığı və bunun davaya çevrildiyi barədə məlumat yayılmışdı. Bundan sonra rusiyalı voleybolçu əvəzedici komandaya göndərilmişdi.
Qeyd edək ki, Yuliya Brovkinanın yeni ünvanı Moskva vilayətinin “Zareçye-Odintsovo” komandası olacaq.