
"Los-Anceles Leykers" basketbolçusu Lebron Ceyms gələcək karyerası haqda açıqlama verib.
Sportnet.az ESPN-ə istinadən xəbər verir ki, 40 yaşlı basketbolçu bu haqda Milli Basketbol Asossiasiyasının (NBA) "Ulduzlar" oyunu öncəsi danışıb.
“Çox vaxt qalmayıb. Sadəcə olaraq qərar qəbul etməyim qalır. Bu, tezliklə baş verəcək", - Ceyms deyib.
Qeyd edək ki, Lebron Ceyms bu mövsüm NBA-da 48 oyunda iştirak edib.