
"Azərbaycan basketbol liqasında dominantlıq etmək və çempion olmaq istəyirəm”.
Sportnet.az xəbər verir ki, bu sözləri NTD basketbol klubunun yeni transferi Kevin Allen klubun mətbuat xidmətinə açıqlama verib.
ABŞ-li basketbolçu Azərbaycana ilk dəfədir gəldiyini vurğulayıb: “NTD-yə keçməmişdən əvvəl İordaniya klubunda oynayırdım. Danışıqlar bir neçə həftə davam etdi. Məşqçi və klubun meneceri ilə danışdım. Onlar mənə Azərbaycana gəlmək imkanından bəhs etdilər. İlk dəfədir Azərbaycandayam. Gəlməzdən əvvəl ölkə və klub haqqında müəyyən məlumatlar öyrəndim. Deyə bilərəm ki, klub haqqında çox müsbət rəylər eşitmişəm. NTD yaxşı komandadır və pley-offa çıxa bilər. Şəxsi məqsədlərimə gəldikdə isə, mən Azərbaycan basketbol liqasında dominantlıq etmək və çempion olmaq istəyirəm”.
Qeyd edək ki, NTD klubu basketbol üzrə Azərbaycan çempionatının turnir cədvəlində 6-cı sırada qərarlaşıb.