
Növbəti mövsümdən etibarən qadın voleybolçuların Yüksək Liqasında yeni yaradılan "DH Volley Baku" klubu iştirak edəcək.
Sportnet.az xəbər verir ki, klubun təqdimatı və ilk transferlərinin imza mərasimi məqsədilə mətbuat konfransı keçiriləcək.
Tədbirdə klubun prezidenti, təşkilat komitəsinin üzvləri, komandanın meneceri, baş məşqçisi, köməkçi məşqçilər və müqavilə bağlanacaq (5 yerli voleybolçu) oyunçular iştirak edəcəklər.