
Avropa Qızıl Liqasında çıxış edəcək qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının oyun proqramı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, baş məşqçi Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv mübarizəyə mayın 30-da başlayacaq.
Milli ilk turun oyunlarını Bakıda keçirəcək. Hər üç qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.
Avropa Qızıl Liqası (qadınlar)
I tur
30 may
18:00 Macarıstan - Azərbaycan
31 may
18:00 Sloveniya – Macarıstan
1 iyun
18:00 Azərbaycan – Sloveniya