
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Gümüş Liqasında mübarizəyə başlayıb.
Sportnet.az xəbər verir ki, İsveçdə təşkil olunmuş mərhələnin ilk turunda rəqib ev sahibi komanda olub.
Oyun İsveç yığmasının 3:0 (25:13, 25:20, 25:14) hesablı qələbəsi ilə yekunlaşıb.
Növbəti oyun iyunun 7-də Gürcüstan millisinə qarşı olacaq.
Qadınlardan ibarət Azərbaycan yığması isə Avropa Qızıl Liqasının Slovakiyada təşkil olunan II tur matçında yerli komandaya eyni hesabla uduzub - 0:3 (20:25, 12:25, 20:25). İyunun 7-də rəqib Monteneqro olacaq.