
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Gümüş Liqasında çıxışını başa vurub.
Sportnet.az xəbər verir ki, III turun son qarşılaşmasında rəqib Avstriya yığması olub.
Farer adalarında təşkil olunan görüş Avstriyanın qələbəsi ilə yekunlaşıb - 3:0 (25:18, 25:18, 25:14).
Beləliklə, keçirdiyi altı oyundan ikisində qələbə qazanan Azərbaycan millisi turniri 6 xalla başa vurub.
Qeyd edək ki, reqlamentə əsas Avropa Gümüş Liqasında iştirak edən 8 komandadan ilk iki pilləni tutanlar finala vəsiqə qazanır. Final oyunları 3 - 6 iyulda ev-səfər sistemi üzrə keçiriləcək.