
18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında 4-cü qələbəsini qazanıb.
Sportnet.az xəbər verir ki, yığma B Divizionunda 9 - 16-cı yerlər uğrunda ilk oyununu keçirib.
Milli gərgin mübarizə şəraitində keçmiş oyunun yekununda Danimarka yığmasına 75:72 hesabı ilə qalib gəlib.
Avropa Çempionatında yoluna davam edən U-18-in növbəti rəqibi Slovakiya seçməsidir.