Azərbaycan Voleybol Federasiyası (AVF) Milli Mətbuatın 150 illik yubileyi münasibətilə tədbir keçirib.

 

Sportnet.az xəbər verir ki, “Həyat Residence”də baş tutan jurnalistlərlə görüşdə federasiyanın prezidenti Şahin Bağırov, vitse-prezidenti Faiq Qarayev, baş katib Faiq Orucov və media nümayəndələri iştirak edib.

 

Bağırov çıxışında media təmsilçilərini təbrik edib: “Bilirik ki, mətbuat günü geniş forumda qeyd olunur. Dövlətin media orqanlarına verdiyi diqqət göz önündədir. Voleybol barədə məlumatları ictimaiyyətə çatdırılmasında böyük rol oynayıb. Federasiya olaraq əsas hədəfimiz gənc voleybolçularl yetişdirilməsidir.

 

14-18 yaşlılardan ibarət daxili çempionat keçirdik. Müxtəlif regionlardan məktəblilər qatıldı. Sevindirici hal kütləviliyin artmasıdır. O cümlədədən, rayonlarda həm qızlar, həm də oğlanlar arasında voleybol yarışlarında iştirak edərək mükafatlar qazandılar. Hazırda sentyabrda baş tutacaq III MDB oyunlarına hazırlaşırıq. Voleybol üzrə həm qızlar, həm də oğlanlardan ibarət milli komandalarımız iştirak edəcək. Bunun üçün ciddi hazırlıq aparılır. Növbəti il də ciddi yarışlar bizi gözləyir. Gənc voleybolçuları inkişaf etdirib onları beynəlxalq yarışlara hazırlayırıq. Xüsusi hal ondan ibarətdur ki, Naxçıvanda məşqçi korpusu və gənc idmançılar iştirak edir. Bununla yanaşı bu strategiya fərqli regionlarda davam etdirilir.

 

Voleybolun inkişafı üçün mütləq media dəstək olmalıdır. Dəstəyiniz üçün mediaya xüsusi təşəkkürümüzü bildiririk.