
Azərbaycanda çıxış edən basketbolçu dopinq-testdən keçə bilmədiyi üçün cəzalanıb.
AMADA-nın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, bu, Javaun Markel Danielsdir.
İdmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu, qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi təsbit olunub.
Nəticədə Daniels 3 ay müddətinə diskvalifikasiya edilib.
Sanksiya avqustun 1-dən qüvvəyə minib və 31 oktyabr 2025-ci ildə başa çatacaq.