
Bakı İdman Sarayında Azərbaycan Basketbol Liqasının (ABL) hakimləri üçün yeni mövsümöncəsi son seminar təşkil olunub.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Azərbaycan Basketbol Hakimlər İttifaqının sədri və FİBA-nın milli təlimçisi Ələkbər Həsənovun rəhbərliyi ilə baş tutmuş seminara 13 hakim qatılıb.
Seminar zamanı FİBA tərəfindən tətbiq olunan yeniliklər və oyunun əsas detalları hakimlərə izahlı şəkildə təqdim olunub. Sonda hakimlər həm fiziki hazırlıq, həm də oyun qaydaları üzrə test imtahanlarından keçiblər.
Tədbirdə federasiyanın idman direktoru Turqay Zeytingöz və “Neftçi” basketbol klubunun ukraynalı baş məşqçisi Vitali Stepanovski qonaq qismində iştirak edərək, seminarı yaxından izləyiblər.