
"Şəki" basketbol komandasında yeni təyinat olub.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, ötən mövsüm U-12-nin baş məşqçisi olmuş Ceyhun Həsənli bundan sonra həm də əsas komandanın məşqçilər korpusunda yer alacaq.
23 yaşlı məşqçi baş məşqçi Bedri Meriçə köməklik edəcək. O həm də “Şəki”nin U-12 komandasında işini davam etdirəcək.
Qeyd edək ki, ötən il “Şəki”də köməkçi məşqçi Vüqar Musayev idi.