
Basketbol üzrə ABŞ milli komandasına yeni baş məşqçi təyin olunub.
Sportnet.az-ın məlumatına görə, bu, son olaraq, "Mayami Hit"ə rəhbərlik etmiş Erik Spoelstradır.
55 yaşlı mütəxəssis millini 2027-ci il dünya çempionatına və 2028-ci il Los Anceles Yay Olimpiya Oyunlarına hazırlayacaq. Onunla 2028-ci ilədək müqavilə bağlanılıb.
Qeyd edək ki, Erik Spoelstra Paris-2024-də ABŞ-ın olimpiya yığmasında və 2023-cü il dünya çempionatında Stiv Kerrin köməkçisi kimi çalışıb. O, "Mayami Hit"ə 2012-ci və 2013-cü illərdə NBA çempionluğu qazandırıb.