ABŞ-ın Konnor Steyt kollecinin 20 yaşlı tələbəsi İtan Dits basketbol oyunu zamanı aldığı zədədən vəfat edib.
Sportnet.az-ın məlumatına görə, gənc oyunçu meydanı tərk etdikdən sonra onun vəziyyətinin kritik olduğu bildirilib.
Ardından kollec rəhbərliyi basketbolçunun vəfat etdiyini təsdiqləyib.
Məlumata görə, Ditsin ölümünə baş nahiyəsindən aldığı zədə səbəb olub. Hadisə ilə bağlı əlavə detallar açıqlanmır.
Qeyd edək ki, İtan Dits bu mövsüm 8 oyunda orta hesabla 11 xal toplayaraq komandanın əsas rotasiyasında yerini möhkəmləndirməyə başlayıb. Baş verən faciədən sonra Konnors Steyt kollecinin həm kişi, həm də qadın basketbol komandalarının yaxın günlərə nəzərdə tutulan bütün oyunları ləğv olunub.










































































