Fransanın “Qravlin-Dünkerk” klubunda çıxış etmiş sabiq basketbolçu Florian Loar 22 yaşında ürək tutmasından vəfat edib.
Sportnet.az-ın xəbərinə görə, bu barədə onun ailəsi və Fransa Basketbol Federasiyası (FFBB) məlumat verib.
Perspektivli mərkəz oyunçusu Loar 2024-cü ilin əvvəlində xroniki diz problemlərinə görə karyerasını başa vurub.
O, “Qravlin-Dünkerk” akademiyasının və milli idman mərkəzi INSEP-in yetirməsi idi. O, klubun əsas komandasında Fransanın yüksək divizionu "Betclic Elite"də cəmi bir oyun keçirib — 2022-ci ilin mayında “Orlean”a qarşı matçda iki dəqiqə meydanda olub. Bundan sonra karyerasını bitirənə qədər gənclər komandasında çıxış edib.
Fransa Basketbol Federasiyası nekroloq dərc edərək basketbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib.















































































