Azərbaycan Basketbol Liqasında (ABL) XVII turun görüşləri keçirilib.
Sportnet.az-ın məlumatına görə, "A" və "B" qruplarında baş tutmuş oyunlarda aşağıdakı hesablar qeydə alınıb:
A qrupu
"Gəncə" - "Abşeron Lions" - 71:81
"Şəki" - "Neftçi" - 77:93
NTD - "Sabah" - 87:103
B qrupu
"Lənkəran" - "Sərhədçi" - 69:83
"Sumqayıt" - "Naxçıvan" - 107:110
"Ordu" - "Quba" - 98:87
Qeyd edək ki, 17 turdan sonra "A" qrupunun vahid lideri "Sabah", "B" qrupunun vahid lideri isə "Ordu" klubudur. "Hərbiçilər" sona 3 tur qalmış "B" qrupunda çempionluqlarını rəsmiləşdiriblər.






















































































