Azərbaycanı voleybolçu qadınlar arasında CEV Kubokunda təmsil edən "Azəryol" komandası yarımfinal mərhələsində ilk oyununu keçirəcəyi Rusiyanın Krasnodar şəhərinə yollanıb. Sportnet.az-ın məlumatına görə, yerli "Dinamo" ilə qarşılaşmaya Ziya Rəcəbovun komandası iki gün tez yollanıb.
Bu gün Bakı - Moskva - Krasnodar təyyarə reysi ilə yola düşən "Azəryol" artıq yarış məkanındadır.
Qeyd edək ki, "Dinamo" və "Azəryol" arasındakı ilk görüş Krasnodardakı "Olimp" İdman Sarayında olacaq. Bakı vaxtı ilə saat 18:00-da başlanacaq qarşılaşmanı rumıniyalı Silvian Lunqu və sloveniyalı Lyubomir Qlobaçnik idarə edəcək. Cavab görüşü martın 12-də Bakıdakı Voleybol Mərkəzində baş tutacaq.