Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının həlledici mərhələsi "Telekom" və "Azərreyl"in qələbəsi ilə yekunlaşıb. Sportnet.az-ın məlumatına görə, "rabitəçilər" "Lokomotiv"i 3:1, "dəmiryolçular" "Azəryol"u 3:0 hesabı ilə məğlub edib.
Martın 28-də bu komandalar yenidən üz-üzə gələcəklər. Bu dəfə də eyni komandalar qələbə qazansa, finala adlayacaqlar. Əks halda, üçüncü görüşün keçirilməsi zərurəti yaranacaq.
"Lokomotiv” - "Telekom” - 1:3 (16:25, 15:25, 25:20, 21:25)
"Azərreyl” – "Azəryol” - 3:1 (25:22, 25:22, 22:25, 25:15)
Sportnet.az İslam Atakişiyevin hər iki oyundan çəkdiyi fotoları təqdim edir...