1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azəryol"dan etiraz: Oyun yenidən keçirilsin!
"Azəryol” klubu qadın voleybolçular arasında Azərbaycan Super Liqasında ilk yarımfinal oyununun yenidən keçirilməsini istəyir. Sportnet.az-ın məlumatına görə, bu barədə apasport.az saytına "Azəryol” klubundan bildirilib.
1:3 hesabı ilə uduzan komanda rəhbərliyi qarşılaşmadan apellyasiya verib. Onlar matçın protokolunda hakimliyin qeyri-obyektivliyindən şikayət ediblər. İddia olunur ki, Eldar Zülfüqarovla Zaur Hacıyev matçı qərəzli idarə ediblər.
Zülfüqarov görüşün gedişində "Azəryol”un baş məşqçisi Ziya Rəcəbova da qırmızı vərəqə göstərib və qaydalara əsasən rəqibə əlavə 1 xal verib.
Artıq etiraz üçün 500 manat da pul ödəyən "Azəryol” Azərbaycan Voleybol Federasiyasının (AVF) yekun qərarını gözləyir. Qurumun bunu bu gün açıqlayacağı gözlənilir.
Lakin AVF-in yerli yarışlar üzrə koordinatoru Oqtay Musayev bildirib ki, matçın yenidən oynanılması gündəmdə deyil.
Onun sözlərinə görə, etiraza baxıldıqdan əgər referilərin səhvi aşkarlanarsa, onlar cəzalanacaqlar: "Matçda hansısa qərəzdən söhbət gedə bilməz. Biz bu gün həmin oyununun videoyazısına bir daha baxacağıq. Burada görüşün yenidən keçirilməsi gündəmdə deyil. Sadəcə, təkrar izləmə nəticəsində hakimlərin cəzalanması mümkündü. Yəni onların qiyməti aşağı salına və 2 oyunluq diskvalifikasiya oluna bilərlər. Oyunda səhvlər aşkarlanmazsa, qarşılaşmada hakimə etirazına görə "Azəryol”un cəzalanacaq”.