Voleybolçu qadınlardan ibarət Azərbaycan yığması Avropa Liqasının yarımfinalında bu gün Yunanıstanla qarşılaşıb. Sportnet.az-ın məlumatına görə, görüş Voleybol mərkəzində baş tutub.
Serbiyalı Nenad Davidoviçlə italiyalı İlaria Vaqninin idarə etdiyi qraşılaşma yığmamızın 3:1 hesablı qələbəsi ilə nəticələnib. Bununla da millimiz ilk yarımfinal mübarizəsindən qalib ayrılıb. Qeyd edək ki, cavab görüşü iyunun 26-da eyni məkanda və eyni saatda keçiriləcək.
Avropa Liqası, yarımfinal mərhələsi
İlk oyun
25 iyun
18:00. Azərbaycan - Yunanıstan - 3:1 (25:23, 25:21, 23:25, 25)








































































