Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Telekom” IV tur çərçivəsində İtaliyanın "Modena” klubu ilə qarşılaşıb.
"Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək görüş İtaliya klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdən məğlub ayrılan təmsilçimiz pley-off mərhələsinə yüksəlmək şansını itirib.
Çempionlar Liqası
A qrupu, IV tur
8 fevral
17:00. "Telekom” (Azərbaycan) – "Modena” (İtaliya) - 1:3 (20:25, 25:23, 23:25, 22:25)
Hakimlər: Stefan Qrider (İsveçrə), Tudor Pop (Rumıniya)
Bakı. "Sərhədçi” İdman Olimpiya Mərkəzi
Xal durumu: 1."Modena" (İtaliya) - 11, 2."Konelyano" (İtaliya) - 6, 3."Ximik" (Polşa) - 4, 4."Telekom" (Azərbaycan) - 0.






































































