"Ardıcıl iki mövsüm Asiyada oynadıqdan sonra yenidən özümü Avropada sınamaq qərarına gəldim.
Sportnet.az-ın məlumatına görə, bunu ötən ay Türkiyə "Fənərbağça"sı ilə rəsmi müqavilə bağlayan Azərbaycan milli komandasının qadın voleybolçusu Polina Rəhimova deyib.
O, bildirib ki, "Fənərbağça”nın əsas hücumçusu olacaq: "Mənə yalnız "Fənərbaxça”dan yox, başqa klublardan da təklif olmuşdu. Ancaq bu kluba böyük rəğbətim olduğu üçün seçimimi Türkiyə klubu lehinə etdim. 1 illik müqavilə bağladıq. Özümü əsasən Çempionlar Liqasında göstərmək istəyirəm. "Fənər” Kim Yeon-Kunqla yolları ayırdığı üçün əsas hücumçu kimi mənə dəvət göndərdi”.
Qeyd edək ki, Polina Rəhimova 1 illik müqaviləyə imza atıb.










































































