Bakının "Rabitə” klubunun sabiq voleybolçusu Dobriana Rabadzieva Türkiyə təmsilçisi "Qalatasaray”a transfer olunub.
Sportnet.az-ın İstanbul təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı bolqarıstanlı voleybolçu yenidən "Galatasaray”ın formasını geyinəcək.
Qeyd edək ki, Rabadzieva 2011-2013-cü illərdə "Rabitə”nin şərəfini qoruyub. Son iş yeri İsveçrə "Volero”su olan bolqar, 2013-2014 mövsümündə "Galatasaray”ın şərəfini qoruyub.