1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin üzvü: “Avropa çempionatında medalçılardan biri olacağıq”
"Avropa çempionatı bizim üçün çox vacib bir yarışdır. Bildiyiniz kimi, mən İslam Həmrəylik Oyunlarında əməliyyatdan sonra tam hazır olmadığıma görə komandaya əsas heyətdə kömək edə bilmədim. İndi isə özümü yaxşı hiss edirəm”.
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Şəfagət Həbibova deyib.
O, qarşıdakı Avropa çempionatında Azərbaycan yığmasının mükafatçılar sırasına düşəcəyinə inandığını söyləyib: "Artıq bütün gücümlə məşq edirəm inanıram ki, Avropa çempionatında komandaya əlimdən gələn köməkliyi edə bilərəm. İnanıram ki, biz Avropa çempionatında medalçılardan biri olacağıq”.
Qeyd edək ki, Avropa çempionatının final oyunları 22 sentyabr – 1 oktyabrda Azərbaycan və Gürcüstanda keçiriləcək.