Qadın voleybolçular arasında Avropa çempionatına start verilib.
Sportnet xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan açılış matçında Ukrayna və Rusiya yığmaları üz-üzə gəliblər. C qrupuna təsadüf edən görüşün taleyi "tay-breyk"də həll olunub. Matç ərzində hesabda iki dəfə önə keçməsinə baxmayaraq, Rusiya rəqibinə çətinliklə qalib gəlib – 3:2. Bu nəticədən sonra Rusiya 2, Ukrayna 1 xal toplayıb.
İtaliya millisi Gürcüstanın paytaxtı Tbilisidə baş tutan görüşdə meydan sahiblərini məyus edib – 3:0. Göygöldə isə Serbiya yığması Çexiya komandasını eyni hesabla üstələyib.
Azərbaycan milli komandası da Avropa çempionatına qələbə ilə başlayıb. Faiq Qarayev baş məşqçisi olduğu kollektiv Milli Gimnastika Arenasında Macarıstan yığmasını üstələyib – 3:0. Bununla da Azərbaycan millisi hesabına 3 xal yazıb. Azərbaycan növbəti oyununu sentyabrın 24-də Polşaya qarşı keçirəcək. Milli Gimnastika Arenasında baş tutacaq matç saat 18:00-da start götürəcək. İlk turda Polşa Almaniyaya "tay-breyk"də qalib gəlib.
Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək turnirin A və C qrupunun görüşləri, eləcə də yarımfinal və final oyunları Bakıda, Milli Gimnastika Arenasında olacaq. D qrupunda qərarlaşan kollektivlər Göygöldə, Olimpiya İdman Kompleksində üz-üzə gələcəklər. B qrupunun və 1/4 final mərhələsinin matçları isə Gürcüstanın paytaxtı Tbilisidə, Yeni İdman Sarayında baş tutacaq.
Avropa çempionatı
I tur
22 sentyabr
A qrupu
18:00. Macarıstan – Azərbaycan 0:3 (23:25, 14:25, 16:25)
20:30. Almaniya – Polşa - 2:3 (25:23, 15:25, 25:18, 23:25, 5:15)
Bakı. Milli Gimnastika Arenası
B qrupu
17:00. İtaliya – Gürcüstan 3:0 (25:14, 25:12, 25:12)
21:00. Belarus – Xorvatiya - 3:2 (10:25, 15:25, 25:21, 25:20, 15:9)
Tbilisi. Yeni İdman Sarayı
C qrupu
15:30. Ukrayna – Rusiya - 2:3 (18:25, 25:20, 23:25, 25:23, 13:15)
Bakı. Milli Gimnastika Arenası
D qrupu
17:00. Serbiya – Çexiya 3:0 (25:22, 25:16, 25:23)
20:00. Hollandiya - Belçika - 3:1 (23:25, 25:12, 25:21, 25:14)
Göygöl. Olimpiya İdman Kompleksi