Voleybolçu qadınlar arasında Avropa çempionatında qrup mərhələsinə bu gün Milli Gimnastika Arenasında keçirilmiş 3 oyunla yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, A qrupunun son görüşündə Azərbaycan millisi Almaniyanı sınağa çəkib. İlk 2 turu qələbə ilə başa vuran Faiq Qarayevin baş məşqçi olduğu kollektiv Bundestimə hətta minimal fərqlə uduzsa belə, qrup lideri kimi 1/4 finala yüksələcəkdi. Amma Macarıstan və Polşaya heç bir şans verməyən Azərbaycan millisi Almaniyaya 1 set versə də, yenə 3 xalı öz aktivinə yazıb. Beləliklə, təşkilatçı ölkə komandası maksimum xalla və qrup lideri kimi adını 8 ən güclü sırasına yazdırıb.  
	
C qrupunda isə 2 oyun olub. Əvvəlcə Rusiya və Bolqarıstan milliləri üz-üzə gəlib. Bu görüşdə qonşu ölkə komandası minimal fərqlə qalib gələrək, qrup lideri kimi 1/4 finala yüksəlib. Aktivinə daha 1 xal yazan Bolqarıstan isə ikinci yeri təmin edib. Qrupun digər oyununda isə ilk iki turu məğlubiyyətlə başa vurmuş Türkiyə və Ukrayna yığmaları qarşılaşıb. "Ay-ulduzlular" bu dəfə daha üstün oyun sərgiləyərək, 3:1 hesablı qələbə sayəsində adını Bolqarıstanla birgə "pley-off"a yazdırıb. 
 
	
Avropa çempionatı
	A qrupu
	18:00. Almaniya - Azərbaycan - 1:3 (25:19, 19:25, 18:25, 18:25)
Hakimlər: Stefan Takaişvili (Gürcüstan), Vladimir Oleynik (Rusiya) 
	
 
Xal durumu: Azərbaycan - 9, Polşa - 5, Almaniya - 4, Macarıstan - 0.
C qrupu
	
15:30. Rusiya - Bolqarıstan - 3:2 (21:25, 25:20, 23:25, 25:21, 15:13) 
 
20:30. Türkiyə - Ukrayna - 2:1 (25:20, 25:19, 20:25, DÖRDÜNCÜ SET)
	Xal durumu: Rusiya - 7, Bolqarıstan - 5, Türkiyə - 4, Ukrayna - 2.