1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Məşhur tennisçidən hakimə seksizm ittihamı - FOTOLAR
ABŞ tennisçisi Serena Uilyams "US Open" turninin finalında yaponiyalı Naomi Osaki ilə görüş zamanı baş hakim Karlos Ramosu təhqir edib.
Sportnet.az xəbər verir ki, təcrübəli raketka ustası portuqaliyalı referini yalançı və oğru adlandırıb.
20 yaşlı rəqibi ilə görüşün gedişində Uilyamsa qarşı bir neçə dəfə sanksiya tətbiq olunub. Əvvəlcə 36 yaşlı tennisçi məşqçisi Patrik Muratoğlunun kənardan ona kömək edən sözlər dediyi üçün xəbərdarlıqla üzləşib. Sonradan o, əsəbindən raketkasını sındıraraq, cərimə alıb. 3:4 hesabı ilə uduzduğu vaxt isə Uilyams Ramosu subyektivlikdə və seksizmdə ittiham edərək, cərimə geyminə məruz qalıb.
"Sən məndən üzr istəməlisən. Sən yalançı və oğrusan. Mən həyatım boyu fırıldaqla məşğul olmamışam. Bir qızım var, onun naminə düzgün olan hər şeyi müdafiə edirəm" deyə ABŞ tennisçisi qışqırıb. Uilyamsın fikrincə, Ramos tərəfindən ona verilən cərimə geymi seksizmin təzahürüdür. Çünki "oğru" sözünə görə kişini heç vaxt cəzalandırmazdılar.
Digər tərəfdən, qalmaqallı matçdan sonra məşqçisi Uilyamsa kənardan sözlər dediyini etiraf edib. Lakin o, sözlərini "US Open"in 6 qat qalibinin səs-küydən eşitmədiyini əlavə edib.
Qeyd edək ki, Naomi Osaki finalda 6:2, 6:4 hesabı ilə qalib gələrək, karyerasında ilk böyük zəfərini qazanıb. O, qarşılaşmadan sonra göz yaşlarına hakim ola bilməyib.