ABŞ tennisçisi Serena Uilyams yaponiyalı Naomi Osakaya uduzduğu "US Open"in final matçının yekununda 17 min dollar məbləğində cərimə edilib.
Sportnet.az xəbər verir ki, buna 36 yaşlı raketka ustasının oyun ərzində davranışı səbəb olub. Mövsümün Böyük Dəbilqə seriyalı sonuncu tennis turnirinin final matçı 6:2, 6:4 hesabı ilə 20 yaşlı yaponiyalının xeyrinə başa çatıb.
Birinci setin gedişatında 36 yaşlı amerikalı məşqçinin kənardan ona gizlicə nəsə deməsinə görə cəzalandırılıb. İkinci setdə Uilyams raketkasını sındırıb və cərimə xalı alıb. Hesab 4:3 rəqibin xeyrinə olanda isə o, hakim Karlos Ramosla uzun-uzadı mübahisə edərək onu yalnış qərar verməkdə və seksizmdə ittiham edib. Bunun qarşılığında da Uilyams cərimə geymi alıb.