Belarusda təlim-məşq toplanışında olan voleybol üzrə qadınlardan ibarət Azərbaycan millsi yerli yığma ilə yoldaşlıq görüşü keçirib.
Sportnet.az-ın məlumatına görə, görüş 2:2 hesablı bərabərliklə sona çatıb. Hazırlıq çərçivəsində iki komanda arasında daha bir yoldaşlıq görüşü olacaq. Mayın 26-da isə yığma komandalar Qızıl Avro Liqasında qarşılacaqlar.
Qeyd edək ki, bu, milli komandanın yeni baş məşqçi Covanni Kapraranın rəhbərliyi ilə ilk yoldaşlıq görüşü olub.