Avropa Voleybol Konfederasiyası Fuad Ağayev və Selin Konstantinə növbəti dəfə dəvət göndərib.
Sportnet.az-ın məlumatına görə, hər iki hakim “Çağırış Kuboku”nun 1/16 final mərhələsinin cavab oyununlarında iş başında olacaq.
F. Ağayev “Beylikdüzü” (Türkiyə) – “Slaviya” (Slovakiya), S. Konstantin isə “Olimp” (Çexiya) – “Kalsit” (Sloveniya) matçında ikinci hakim funksiyasını yerinə yetirəcək.
Hər iki qarşılaşma dekabrın 18-də baş tutacaq.