"Digər qutələrdə də oynamışam və görürəm ki, burada bəzi fərqlər var və bu, mənim üçün çox maraqlı təcrübədir. Tez uyğunlaşdım və dərhal oynamağa başladım. Milliyə gedib-qayıtdıqdan sonra yenidən oynadım. Yaxşı uyğunlaşdığım üçün kortda yaxşı nəticələrə nail oldum".
Sportnet.az-ın məlumatına görə, bunu Braziliya Voleybol Konfederasiyasının rəsmi saytına müsahibəsində "Sesi Bauru" klubunun və Azərbaycan millisinin üzvü Polina Rəhimova deyib. 29 yaşlı oyunçu bildirib ki, Braziliyadan 3 il əvvəl də təklif alsa da, sadəcə, özü getmək istəməyib. Bu dəfə o, təklifi qəbul etməsini belə əsaslandırıb: "İstəyirdim ki, Superliqada yeni oyun təcrübəsi qazanıb və bu, mənə maraqlı gəldi".
"Hazırda ölkəmdə qış, burada isə yaydır. Bu da mənim orqanizmim üçün problemdir" deyən Rəhimova boş vaxtlarında "Youtube"də videoya baxmağı, gəzməyi, mini-turist olmağı və getdiyi yerləri daha yaxşı öyrənməyi sevdiyini bildirib: "Şəlalələrin bol olduğu Fos-du-İquasunu görmək istəyirəm".
Təcrübəli voleybolçu çıxış etdiyi komandalarda bombardirlər sırasında olmağa öyrəşdiyini də əlavə edib: "Bu, mənə böyük məsuliyyət verir".
Qeyd edək ki, Polina Rəhimova Avropa Voleybol Konfederasiyasının rəsmi saytına açıqlamasında Azərbaycan yığmasındakı karyerasını başa vurduğunu açıqlayıb.