Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova Braziliyanın “Sesi” komandasında qalmalıdır.
Sportnet.az-ın məlumatına görə, bu barədə ölkənin “Locomotivaesportiva” nəşri oyunçuların çıxışlarını dəyərləndirərkən bildirib.
Yazıda Rəhimovanın 2019/2020 mövsümündəki çıxışı yüksək qiymətləndirilib. 30 yaşlı voleybolçunun cari mövsüm hər kəsdən çox xal topladığı və 22 qarşılaşmanın 12-də komandasına 20-dən çox xal qazandırdığı vurğulanıb.
Azərbaycan voleybolçusunun 2020/2021 mövsümündə də “Sesi”də qalmalı olduğu bildirilib.
Qeyd edək ki, Polina Rəhimova 2020-ci ilin əvvəlində yığmadakı karyerasını başa vurub. Hazırda Braziliyada olan voleybolçu mövsümün əvvəlindən "Sesi"də çıxış edir. Bu ölkədəki çempionat koronavirusa görə dayandırılıb. "Sesi" çempionatı 43 xalla 4-cü bitirib və pley-offda "Osasko"ya rəqib olub.