Peşəkar Tennisçilər Assosiasiyası (ATP) tərəfindən maliyyələşdirilən turnirlərin bərpa olunacağı vaxt bəlli olub.
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, yarışların avqustun 10-da ABŞ-ın paytaxtı Vaşinqtonda başlaması planlaşdırılır.
Tennisçilər ABŞ-da karantinə alınmayacaq. ATP avqustun 17-də Nyu-Yorkda daha bir turnir keçirmək istəyir. Bundan sonra isə 31 avqust - 13 sentyabrda şəhərdə ABŞ açıq çempionatı (US Open) olacaq.
Qeyd edək ki, ATP mart ayında mövsümü koronavirusa görə dayandırıb