Rusiyanın "Ximki" basketbol klubu Azərbaycan millisinin sabiq baş məşqçisi Rimas Kurtinaytislə əməkdaşlığa son qoyub.
Sportnet.az-ın məlumatına görə, klubun baş direktoru Pavel Astaxov səbəb kimi komandanın uğursuz nəticələrini səbəb göstərib. O, litvalı mütəxəssisi istefaya göndərməyi mövcud vəziyyətdə ən münasib çıxış yolu adlandırıb.
Komandanın baş məşqçi səlahiyyətlərinin icrası Andrey Maltsevə həvalə olunub. "Ximki" yanvarın 14-də Avroliqada ardıcıl 12-ci məğlubiyyətlə üzləşib. Moskvaətrafı komanda 20 oyundan 2 qələbə ilə 18-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, Rimas Kurtinaytis "Ximki"də 2019-cu ildən çalışırdı. O, Azərbaycan millisinin və Bakının "Qala" komandasının baş məşqçi postunu 2002 - 2006-cı illərdə tutub.