Voleybol üzrə Avropa çempionatının final mərhələsinə Bosniya ve Herseqovinada hazırlaşan Azərbaycan millisi yoxlama oyunu keçirib.
Sportnet.az-ın məlumatına görə, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv yerli yığma ilə qarşılaşıb.
Komandaların razılığına əsasən, görüş 4 setdən ibarət olub. Azərbaycan millisi bütün setlərdə rəqibinə uduzub - 0:4.
Qeyd edək ki, A qrupunda yarışacaq millinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq.