
İspaniyalı məşhur tennisçi Rafael Nadal 2021-ci ildə heç bir yarışda iştirak etməyəcək.
Sportnet.az-ın məlumatına görə, 35 yaşlı idmançı bu barədə rəsmi tvitter hesabında bildirib.
O, ayağından aldığı zədə səbəbindən mövsümü başa vurduğunu yazıb.
Qeyd edək ki, Rafael Nadal bu il Tokio-2020 Yay Olimpiya Oyunlarına və "Uimbldon" turnirinə də qatılmayıb.